Romada tennisçilərin beynəlxalq turniri yekunlaşıb. Kişilərin mübarizəsində final görüşü keçirilib. Həlledici qarşılaşmada serbiyalı Novak Cokoviç ispaniyalı Rafael Nadalla qarşılaşıb. Gərginliyi ilə yadda qalan görüş 3 saata yaxın davam edib. İlk setdə çətinliklə də olsa Nadal qalib gəlib: 7-5. Sonradan üstünlüyü ələ alan Cokoviç 6-1 hesabı ilə qələbə qazanıb tarazlığı bərpa etsə də, yekunda məğlub olub. Beləliklə, Nadal Roma Masters turnirlərində 10-cu dəfə fəxri mükafatı qazanıb.

Qadınların turnirində də qalibin adına aydınçlıq gəlib. Finalda polşalı İqa Şvönteklə çexiyalı Karolina Plişkova qarşılaşıb. Görüş cəmi 48 dəqiqə çəkib. Maraqlıdır ki, əksəriyyət Plişkovanın güclü müqavimət göstərəcəyini düşünsə də, bu fikirdə olanlar yanılıblar.  Polşalı raketka ustası hər iki setdə 6-0 hesabı ilə qalib gələrək asan qələbə qazanıb. Şvöntek bununla da karyerasında 3-cü dəfə WTA turnirinin fəxri mükafatını qazanıb.